Qazaxıstan Senatının 30 illik fəaliyyətinə yekun vuran son iclası keçirilib
- 29 iyun, 2026
- 12:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Astanada Qazaxıstan Parlamenti Senatının yuxarı palatanın 30 illik tarixinə yekun vuran son iclası keçirilib.
"Report"un Qazaxıstan bürosunun Senata istinadən verdiyi məlumata görə, bunu palatanın sədri Maulen Aşimbayev bildirib.
Onun sözlərinə görə, sabah palataların birgə iclasında parlamentin növbəti sessiyası rəsmi olaraq başa çatacaq. İyulun 1-dən etibarən yeni Konstitusiyaya uyğun olaraq fəaliyyətdə olan Parlamentin səlahiyyətlərinə xitam veriləcək. Avqust ayında Qazaxıstanda birpalatalı Parlamentə - Qurultaya seçkilər keçiriləcək.
"1995-ci il Konstitusiyası əsasında fəaliyyət göstərən ikipalatalı Parlament 30 illik tarixi missiyasını layiqincə başa çatdırır", - Aşimbayev bildirib.
Senat sədri, həmçinin palatanın 30 il ərzindəki fəaliyyətinə yekun vurub. Bu dövr ərzində 890-dan çox plenar iclas keçirilib, 3,5 mindən çox qanun qəbul edilib.