Qazaxıstan Milli Bankının sədri vəzifəsindən azad olunub
Region
- 04 sentyabr, 2023
- 03:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan Milli Bankının sədri Qalımcan Pirmatov vəzifəsindən uzaqlaşdırılıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.
“Dövlət başçısının sərəncamı ilə Qalımjan Olja oğlu Pirmatov Qazaxıstan Respublikası Milli Bankının sədri vəzifəsindən azad edilib”, - sənəddə nəql olunub.
Eyni zamanda, Senat Milli Bankın rəhbəri vəzifəsinə Timur Süleymenovun namizədliyini təsdiqləyib. Timur Süleymenovun namizədliyi Prezident tərəfindən təqdim edilib. Senatorlar açıq səsvermə üsulundan istifadə ediblər. Deputatlar Timur Süleymenovun namizədliyini təsdiqləyiblər.
Qeyd edək ki, Pirmatov 2022-ci ilin fevralın 3-dən ölkənin baş bankiri olub.
Son xəbərlər
05:15
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
Digər ölkələr
04:44
Oman körfəzində yük gəmisi ilə hərbi qüvvələr arasında insident baş verib
Digər ölkələr
04:21
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
Digər ölkələr
04:04
"Real Madrid" 2022-ci ildən bəri ilk dəfə qələbə seriyasını 8 oyuna çatdırıb
Futbol
03:38
UFC-nin rəhbəri Ağ Evdə mətbuat katibi olmaq istəməyib
Digər ölkələr
03:08
Yüksək təzyiqə qarşı inqilabi kəşf
Sağlamlıq
02:52
Video
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol