Putin seçkilərə müdaxilədə ittiham olunan şəxsləri ABŞ-a təhvil verməkdən imtina edib

Region
  • 04 mart, 2018
  • 16:22
Putin seçkilərə müdaxilədə ittiham olunan şəxsləri ABŞ-a təhvil verməkdən imtina edib

Bakı. 4 mart. REPORT.AZ/ Rusiya 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunan vətəndaşlarını Vaşinqtona təhvil verməyəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin NBC-yə müsahibəsində deyib.

"Heç vaxt. Rusiya ümumiyyətlə öz vətəndaşlarını harasa ekstradisiya etmir, eləcə də ABŞ-a", - deyə prezident bildirib.

Putin əlavə edib ki, ittiham olunan şəxslər Rusiya hakimiyyətini təmsil etməyiblər. "Onların dəqiq nə etdiklərini mən bilmirəm", - deyə o bildirib.

44 filmi