Peskov: BƏƏ-dəki danışıqlarda Rusiyanı Müdafiə Nazirliyinin nümayəndələri təmsil edəcək
Region
- 23 yanvar, 2026
- 14:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
BƏƏ-də ABŞ-Rusiya-Ukrayna üçtərəfli danışıqlarında Rusiya nümayəndə heyəti tamamilə Müdafiə Nazirliyinin təmsilçilərindən ibarət olacaq.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Onların hamısı hərbçilər, Müdafiə Nazirliyinin təmsilçiləridir. Hələ ki onların adlarını açıqlamayacağıq", - o qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, dünən axşam nümayəndə heyətinin üzvləri Rusiya Prezidenti Vladimir Putindən təlimatlar alıblar.
D.Peskov vurğulayıb ki, üçtərəfli qrup cümə günü və lazım gələrsə, şənbə günü Əbu-Dabidə toplaşacaq:
"Yəni danışıqlar məhz bu gün və lazım olarsa, sabah keçiriləcək".
Son xəbərlər
20:05
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib
Digər ölkələr
19:56
Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb
ASK
19:52
Foto
Ağdərə rayonunun Heyvalı kəndinin sakinləri sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
Sosial müdafiə
19:47
Avropanın dörd ölkəsində yüzlərlə məktəb partlayış təhlükəsi xəbərdarlığı alıb - Yenilənib
Digər ölkələr
19:44
ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb
İKT
19:37
Daniel Svensson: "Sabah"la oyunda meydana qələbə üçün çıxacağıq"
Futbol
19:30
Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib
Daxili siyasət
19:22
"Borussiya"nın baş məşqçisi Niko Kovaç: "Sabah"ı yaxşı təhlil etmişik"
Futbol
19:11
Foto
Azərbaycan və BƏƏ-nin HHQ komandanları ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Hərbi