Nazir: “Gürcüstan rusiyalı turistləri qəbul etməyə hazırdır”
Region
- 07 may, 2020
- 12:18
Gürcüstanın iqtisadiyyat naziri Natia Turnava
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Gürcüstan rusiyalı turistləri qəbul və onların təhlükəsizliyini təmin etməyə hazırdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri Natia Turnava bildirib.
Nazir deyib ki, hazırda Rusiya ilə bu istiqamətdə danışıqlar aparılmır: “Rusiyalı turistlər Gürcüstana səfər edənlərin böyük əksəriyyətini təşkil edib”.
N.Turnavanın sözlərinə görə, qonşu ölkələrlə yaradılacaq xüsusi dəhlizlərlə ziyarətçilərin təhlükəsizliyi tam təmin olunacaq.
Qeyd edək ki, ötən ilin iyulun 8-dən etibarən Rusiyanın qərarı ilə Gürcüstanla birbaşa aviauçuşlar dayandırılıb. Bu da öz növbəsində Gürcüstana səfər edən rusiyalı turistlərin sayının kəskin azalmasına gətirib çıxarıb.
Son xəbərlər
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol
02:05
Video
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Digər ölkələr
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr
00:55
Video
Şahbuzun dağ kəndlərinə qar yağır
Ekologiya
00:33
İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
Digər ölkələr
00:07
Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib
Daxili siyasət