Məruzəçi: “Gürcüstan vətəndaşları 2017-ci ilin yazından Avropa İttifaqı ölkələrinə vizasız səyahət edəcəklər”
- 14 dekabr, 2016
- 12:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 dekabr. REPORT.AZ/ ”Gələn ilin yazından Gürcüstan vətəndaşları Avropa İttifaqına üzv ölkələrə vizasız səyahət edə biləcəklər”.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Avropa Parlamentin Gürcüstan üzrə məruzəçisi Andres Mamıkins bildirib.
Onun sözlərinə görə, Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi 2017-ci ilin yanvar, yaxud fevral ayında səsverməyə çıxarıla bilər.
Qeyd edək ki, Avropa İttifaqı Şurası və Avropa Parlamenti Ukrayna və Gürcüstan vətəndaşları üçün vizanın ləğv olunması haqqında qərar qəbul edib. İki qurum arasında əldə edilən razılığa əsasən, üçüncü ölkə Gürcüstana və Ukrayanaya tətbiq edilən vizasız rejimdən sui-istifadə edərsə, o zaman vizanın dayandırılması mexanizmi avtomatik qüvvəyə minəcək.
Bu məsələ Avropa Parlamentin dekabrın 15-də keçiriləcək iclasında səsverməyə çıxarılacaq.