Merab Çuxua beynəlxalq ictimaiyyəti çərkəz soyqırımını tanımağa çağırıb

Region
  • 06 iyul, 2026
  • 11:07
Merab Çuxua beynəlxalq ictimaiyyəti çərkəz soyqırımını tanımağa çağırıb

Çərkəzlərin təxminən 10 %-i öz tarixi yurd yerlərində yaşayır, qalan 90 %-i isə bütün dünyada məskunlaşıb.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Tbilisi Dövlət Universitetinin Qafqazşünaslıq İnstitutunun sədri professor Merab Çuxua "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, bu gün çərkəz xalqı öz torpaqlarından zorla köçürülən nəsillərini tarixi vətəninə qaytarmağa çalışır: "Çərkəzlərin məqsədi - repatriantları vaxtilə məhz Rusiya imperiyasının onları Osmanlı imperiyasına deportasiya etdiyi yerlərdə məskunlaşdırmaqdır. ABŞ tədqiqatçılarının məlumatlarına görə, dünyada çərkəzlərin sayı 6 milyondan çoxdur. Bununla yanaşı, onların yalnız təxminən 10 %-i öz tarixi vətənində yaşayır, 90 %-i isə bütün dünyada - Türkiyə, Almaniya, İordaniya, Suriya, İraq, Fransa, ABŞ, İsrail və Niderlandda məskunlaşıb".

Çıxışının sonunda ekspert beynəlxalq ictimaiyyəti çərkəzlərin soyqırımı faktını rəsmən tanımağa çağırıb.

44 filmi