Marko Rubio 100-dən çox ABŞ şirkətini təmsil edən nümayəndə heyəti ilə Özbəkistana gedəcək

Region
  • 25 sentyabr, 2026
  • 17:06
Marko Rubio 100-dən çox ABŞ şirkətini təmsil edən nümayəndə heyəti ilə Özbəkistana gedəcək

ABŞ-nin Dövlət katibi Marko Rubio oktyabrın ortalarında Özbəkistana səfər edəcək.

"Report" Özbəkistan mediasına istinadən xəbər verir ki, dövlət katibi 100-dən çox ABŞ şirkətini təmsil edən nümayəndə heyətinə rəhbərlik edəcək.

Səfər ABŞ və Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlığın inkişafına, eləcə də diplomatik və ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.

Səfər zamanı Rubio Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın XİN rəhbərləri ilə birlikdə "C5+1" formatında xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Gözlənilir ki, ABŞ-nin dövlət katibi ticarətin genişləndirilməsi, özəl investisiyaların stimullaşdırılması və Mərkəzi Asiyada iqtisadi modernləşdirmənin dəstəklənməsi məsələlərini müzakirə etmək üçün Özbəkistan rəhbərliyi və region ölkələrindən olan həmkarları ilə də görüşlər keçirəcək.

44 filmi