Litva poçtu Rusiyaya göndərilən bağlama və baratların qəbulunu müvəqqəti dayandırıb

Region
  • 17 mart, 2023
  • 09:31
Litva poçtu Rusiyaya göndərilən bağlama və baratların qəbulunu müvəqqəti dayandırıb

Litva dövlət poçtu Rusiya Federasiyasından (RF) göndərilən bağlama və baratların qəbulunu müvəqqəti dayandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Litva poçtu martın 17-də məlumat yayıb.

Bildirilib ki, Litva Rusiyaya poçtu qonşu Latviya vasitəsilə ötürürdü. Avropa İttifaqı RF-yə bu istiqamətdə də sanksiya tətbiq edib. Ancaq Latviyanın sanksiyaya əsaslanan şərtləri hələ məlum deyil. Ona görə də Litva poçtu bu addımı atıb. Bildirilib ki, 2022-ci ilin mart ayından Litva poçtu Rusiyaya çatdırmaq üçün nəzərdə tutulan kommersiya daşımaları, eləcə də pul köçürmələrini qəbul etmir. Oxşar qayda Belarusa qarşı da tətbiq edilir.

44 filmi