KİV: Camal Qaşıqçı öldürülməzdən əvvəl Səudiyyə Ərəbistanının şahzadəsi ilə telefonla danışıb
- 22 oktyabr, 2018
- 10:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman jurnalist Camal Qaşıqçı öldürülməzdən əvvəl onunla telefonla danışıb.
“Report” “Yeni Şafak”a istinadən xəbər verir ki, şahzadə onu dilə tutaraq Səudiyyə Ərəbistanına qaytarmağa cəhd göstərib.Ancaq Camal Qaşıqçı Səudiyyə Ərbistanında həbs ediləcəyindən və öldürüləcəyindənehtiyatlanaraq onun təklifindən boyun qaçırıb.
Qəzetin yazdığına görə, jurnalist bundansonra qətlə yetirilib.
Qeydedək ki, oktyabrın 2-də jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakıBaş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlıaçıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq, jurnalistin Konsulluğun binasında öldürüldüyünü etiraf edib. KralSalman və vəliəhd şahzadə Məhəmməd bin Salman Camal Qaşıqçının ailəsinə başsağlığı verib.
Məlumatagörə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də CamalQaşıqçının qətli ilə bağlı bütün həqiqətləri açacağını bildirib. O, oktyabrın22-də bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirəedib.