İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb
- 24 avqust, 2026
- 21:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla müxtəlif cinayətlərin iki ayrı cinayətkar dəstə tərəfindən törədildiyi müəyyən edilib.
"Report" xəbər verir ki, bu barədə İstanbul Şəhər Polis İdarəsinin keçirdiyi əməliyyatlarla bağlı məlumatda bildirilib.
Qeyd olunub ki, şəhərdə asayişi pozan cinayətkar qrupların üzvlərinin saxlanılması məqsədilə keçirilən əməliyyat nəticəsində 5 şübhəli şəxs tutulub.
Əməliyyat zamanı bir ədəd AK-47 avtomatı və bir ədəd avtomatik tapança maddi sübut olaraq götürülüb.
İki Ayrı Suç Örgütüne Operasyon 🚨
— İstanbul Emniyet Müdürlüğü (@istanbul_EGM) August 24, 2026
4️⃣ ilçede meydana gelen; tehdit, silahlı saldırı ve mala zarar verme başta olmak üzere çeşitli suçların, iki ayrı suç örgütü tarafından gerçekleştirildiği tespit edildi.
Şehir eşkıyalarının yakalanmasına yönelik düzenlenen operasyonda⬇️
▪️… pic.twitter.com/Z2D4KiV41h