İrəvan Ağsaqqallar Şurasının üzvünün səlahiyyətləri vaxtından əvvəl dayandırılıb

Region
  • 13 may, 2024
  • 11:01
İrəvan Ağsaqqallar Şurasının üzvünün səlahiyyətləri vaxtından əvvəl dayandırılıb

İrəvan Ağsaqqallar Şurasının “Mülki müqavilə” fraksiyasının üzvü Artur İspiryanın səlahiyyətləri vaxtından əvvəl dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə qərar Ermənistanda Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar iclasında qəbul edilib.

İclasın gündəliyində İrəvan merinin İspiryanın səlahiyyətlərinə vaxtından əvvəl dayandırılması ilə bağlı mayın 10-da Mərkəzi Seçki Komissiyasına göndərdiyi protokol olub.

MSK-nın protokoluna əsasən, “Vətəndaş müqaviləsi” partiyasının proporsional siyahısı üzrə təmsilçisi Kristine Vardanyan yeni namizəd kimi qeydə alınıb.