İranın yük avtomobili Ermənistanda qəzaya uğrayıb, 6 nəfər yaralanıb

Region
  • 09 sentyabr, 2021
  • 12:26
İranın yük avtomobili Ermənistanda qəzaya uğrayıb, 6 nəfər yaralanıb

Ermənistanda İrəvan-Meğri avtomobil yolunun 329-cu km-liyində İran İslam Respublikası dövlət nömrə nişanlı “Scania” markalı yük maşınının “QAZel” mikroavtobus maşrutu ilə toqquşması nəticəsində 6 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, yük maşınının qarşı tərəfin hərəkət zolağına çıxması nəticəsində qəzanın baş verdiyi ehtimal edilir.

Mikroavtobus Qafan-Qacaran marşrut xəttində xidmət edir. “Scania” isə Ermənistanın Qafan rayonuna gedirmiş.

44 filmi