İran Hörmüzü keçmə qaydalarını pozan gəmilərin müsadirə edilə biləcəyini açıqlayıb

Region
  • 24 avqust, 2026
  • 01:32
İran Hörmüzü keçmə qaydalarını pozan gəmilərin müsadirə edilə biləcəyini açıqlayıb

İran Hörmüz boğazından keçərkən qayda pozuntularına yol vermiş gəmilərə qarşı məhdudlaşdırıcı tədbirlər görmək, cərimə sanksiyaları tətbiq etmək və onları müsadirə etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində İranın Hörmüzdə Gəmiçiliyə Nəzarət İdarəsi məlumat yayıb.

"[Qayda pozuntularına yol vermiş gəmiləri] boğazdan sonrakı istifadələri zamanı pul cərimələri, saxlanılma və ya müsadirə də daxil olmaqla, məhdudlaşdırıcı tədbirlər təhlükəsi gözləyir", - məlumatda bildirilib.

İdarə həmçinin vurğulayıb ki, Fars körfəzi akvatoriyasına və əks istiqamətdə yükdaşıma həyata keçirən gəmi sahiblərinə mümkün çətinliklərdən yayınmaq üçün qayda pozucularının reyestrini nəzərdən keçirmək tövsiyə olunur.

"Artıq qayda pozucuları reyestrinə daxil edilmişlərlə qarşılıqlı əlaqədə olan gəmilər də bu siyahıya salınacaq. Bu siyahıdan çıxarılmaq üçün İran normalarının pozulması səbəblərini göstərməklə idarənin bölmələrindən birinə müvafiq müraciət təqdim etmək lazımdır", - qurumdan vurğulanıb.