İranın XİN rəhbəri: "Tehran raketlərdən yalnız özünümüdafiə üçün istifadə edəcək"

Region
  • 18 iyul, 2017
  • 07:12
İranın XİN rəhbəri: Tehran raketlərdən yalnız özünümüdafiə üçün istifadə edəcək

Bakı. 18 iyul. REPORT.AZ/ "İran raketlərdən yalnız özünümüdafiə məqsədilə istifadə edəcək". 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Nyu-Yorkda bildirib.

"Bizim onlara ona görə ehtiyacımız var ki, daha bir Səddam Hüseynin ortaya çıxıb bizə zərbə endirilməyəcəyindən əmin olaq", - deyə XİN başçısı bildirib.

M.Zərif qeyd edib ki, İran nüvə başlığı daşıya biləcək raketlər istehsal etmir. 

44 filmi