Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb
Region
- 16 sentyabr, 2026
- 23:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın cənub-qərbində 3,1 maqnitudalı zəlzələ baş verib.
"Report"un Gürcüstan bürosu ölkənin Yer Elmləri İnstitutu - Milli Seysmik Monitorinq Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar saat 22:20-də Dmanisi şəhərindən 19 kilometr, Tbilisidən isə 62 kilometr məsafədə yerləşən Məmişli kəndi yaxınlığında baş verib.
Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Gürcüstanın Dmanisi bələdiyyəsinə daxil olan Məmişli kəndində minə yaxın insan yaşayır. Kənd əhalisinin 99%-i azərbaycanlılardır.
Son xəbərlər
22:54
Filipe Kandido: "İlk 10 dəqiqə ərzində "Araz-Naxçıvan"ın qarşısını necə alacağımızı düşünürdük"
Futbol
22:46
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
Region
22:41
Azərbaycan ağırlıqqaldıranı Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazanıb
Fərdi
22:23
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Energetika
22:06
"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov: "Komanda olaraq elə qollar buraxmaq olmaz"
Futbol
21:55
ABŞ Konqresinə Rusiya ilə dizel yanacağı müqaviləsini bloklayan sənəd təqdim edilib
Digər ölkələr
21:37
Foto
Azərbaycanın 2 boksçusu dünya çempionatına qələbə ilə start verib
Fərdi
21:17
Foto
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Energetika
21:09
Meksika sahillərində "Trudi" qasırğası saatda 195 kilometrə çatıb
Digər ölkələr