Gürcüstanda müxalifətçilərlə polislər arasında qarşıdurma olub, saxlanılanlar var
Region
- 11 aprel, 2019
- 18:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Zuqdidi şəhərində müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvləri saxlanılıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, VMHP-nin şəhər meri vəzifəsinə namizədi Sanda Rulofsun keçirdiyi görüş zamanı müxalifətçilərlə polis əməkdaşları arasında qarşıdurma baş verib.
Polis əməkdaşları VMHP-nin mətbuat xidmətinin rəhbəri Giorgi Patarayanı, partiyanın Zuqdidi təşkilatının rəhbəri Ani Tsitlidzeni xuliqanlıq faktı üzrə saxlayıb. Saxlanılanlar arasında partiyanın 2 fəalının da olduğu bildirilir.
Partiya üzvlərinin saxlanılmasını təxribat adlandırıb. Gürcüstanın Daxili İşlər Nazirliyi saxlanılanlarla bağlı hələ məlumat yaymayıb.
Son xəbərlər
16:49
Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər
Digər ölkələr
16:46
Video
Qərbi Azərbaycanın yaddaş yerləri: Zəngəzurun qədim türk kəndi - Xələc
Daxili siyasət
16:45
Sumqayıtda aptekdən 35 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə
16:43
Foto
"Baku TV"nin 3 əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib
Media
16:41
AQP oktyabr ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb
İnfrastruktur
16:39
Fransada etirazçılar talan və yanğınlar törədib, polis gözyaşardıcı qaz tətbiq edib
Region
16:36
Azərbaycanda hava çirklənməsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanacaq
Ekologiya
16:25
Estoniyanın İT şirkətlərinin Azərbaycana cəlb edilməsi müzakirə olunub
İKT
16:23
Böyük Britaniya səfiri: Naxçıvan günəş enerjisi və turizm üçün böyük potensiala malikdir
Xarici siyasət