Gürcüstanda karantin rejimini pozmağa görə cərimələr azaldılır
Region
- 22 aprel, 2020
- 07:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda karantin rejimi və ya təcrid qaydalarını pozmağa görə fiziki və hüquqi şəxslərə qarşı tətbiq olunan cərimələrin azaldılması nəzərdə tutulub.
“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə düzəlişlər təklif olunub.
Qanun layihəsinə əsasən, fiziki şəxslər üçün cərimə 2 min lari (632 dollar), hüquqi şəxslər üçün isə 10 min lari (3 157 dollar) məbləğində müəyyən olunub.
Düzəlişlərin parlamentdə qəbul olunacağı təqdirdə mayın 2-dən qüvvəyə minəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda pozuntu hallarına yol verən fiziki şəxslər 3 min lari (947 dollar), hüquqi şəxslər isə 15 min lari (4 736 dollar) məbləğində cərimələnirlər.
Son xəbərlər
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr
00:55
Şahbuzun dağ kəndlərinə qar yağır
Ekologiya
00:33
İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
Digər ölkələr
00:07
Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib
Daxili siyasət
00:00
Bu gün Azərbaycanda Zəfər Günüdür
Daxili siyasət
00:00
Foto
Şuşanın azad olunmasından 6 il ötür
Qarabağ
23:56
Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır
Daxili siyasət