Gürcüstanda dörd məmur rüşvət üstündə saxlanılıb
Region
- 09 noyabr, 2019
- 08:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kobuleti bələdiyyəsinin dörd əməkdaşı dörd rüşvət faktı üzrə saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər Kobuleti bələdiyyəsi ərazisində həyata keçirilən müəyyən infrastruktur layihələrin yerinə yetirilməsi ilə bağlı sənədlərə görə rüşvət tələb ediblər.
Faktla bağlı istintaq aparılır. Saxlanılanları 6 ildən 9 ilədək həbs cəzası gözləyir.
Cinayət əməlində iştirak edən digər şəxslərin müəyyən olunması üzrə istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
00:32
ABŞ Səudiyyə Ərəbistanından bəzi dövlət qulluqçularının təxliyəsini tapşırıb
Digər ölkələr
00:07
FIBA Avropa Kuboku: "Neftçi" növbəti oyununda da məğlub olub
Komanda
23:57
Tramp Rusiya-Ukrayna münaqişəsinin həllinə yaxınlaşdığını bildirib - Əlavə olunub
Digər ölkələr
23:55
Azərbaycanla Portuqaliya investisiya imkanlarını müzakirə edib
Xarici siyasət
23:44
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Digər ölkələr
23:44
Rubio hindistanlı milyarder Ambani ilə energetika əməkdaşlığını müzakirə edib
Digər ölkələr
23:31
Foto
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
Xarici siyasət
23:24
Silahlı şəxslər Tripolidə Liviya Hesablama Palatasının binasını ələ keçiriblər
Digər ölkələr
23:21
Fransada kütləvi iğtişaşlardan sonra silaha tələbat artıb
Digər ölkələr