Gürcüstan sakinləri Azərbaycanla münasibətləri qiymətləndirib
Region
- 12 avqust, 2020
- 13:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda rəyi soruşulanların 68%-i ölkənin Azərbaycanla münasibətlərinin yaxşı olduğunu hesab edir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda apardığı icitmai rəy sorğusunun nəticələrində bildirilib.
Sorğuda iştirak edənlərin 13%-i Gürcüstanın Azərbaycanla münasibətlərini nə yaxşı, nə pis, 14%-i isə pis qiymətləndirib. Respondentlərin yalnız 5%-i müvafiq sualı cavablandıra bilməyib.
Rəyi soruşulanların 8%-i Azərbaycanı Gürcüstanın ən vacib siyasi tərəfdaşı, 11%-i isə ən vacib iqtisadi tərəfdaşı adlandırıb.
Qeyd edək ki, sorğu bu il iyunun 4-dən iyulun 2-dək Gürcüstan üzrə həyata keçirilib. Araşdırmada 1 500 nəfərin rəyi öyrənilib
Жители Грузии оценили отношения с Азербайджаном
Survey: Georgian residents appreciate their relationship with Azerbaijan
Son xəbərlər
07:48
Çində yeni qurbağa növü aşkarlanıb
Maraqlı
07:11
"İnter Mayami" MLS-də "Şarlott"la heç-heçə edib
Futbol
06:48
SEPAH ballistik raketlərin uçuş məsafəsinə qoyulan məhdudiyyəti ləğv edib
Region
06:26
Qızılın qiyməti oktyabrda son 18 ilin ən kəskin aylıq enişini yaşayıb
Maliyyə
05:56
Çilidə avtobusun yük maşını ilə toqquşuması 12 nəfərin ölümünə səbəbə olub
Digər ölkələr
05:15
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
Digər ölkələr
04:44
Oman körfəzində yük gəmisi ilə hərbi qüvvələr arasında insident baş verib
Digər ölkələr
04:21
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
Digər ölkələr
04:04
"Real Madrid" 2022-ci ildən bəri ilk dəfə qələbə seriyasını 8 oyuna çatdırıb
Futbol