Fergus Auld: Azərbaycan "ağıllı şəhər" və "ağıllı kənd" texnologiyalarından bacarıqla istifadə edir

Region
  • 17 may, 2026
  • 13:36
Fergus Auld: Azərbaycan ağıllı şəhər və ağıllı kənd texnologiyalarından bacarıqla istifadə edir

Azərbaycan və Ermənistan arasında sülh prosesindən əldə olunan irəliləyiş inklüziv və davamlı inkişafın regional əlaqələrin bərpasına və uzunmüddətli sülhə necə töhfə verə biləcəyini nümayiş etdirir.

"Report"un məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Bakıda keçirilən WUF13 çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın "ağıllı şəhər və kəndlər"ə yanaşmaları da texnologiya və planlaşdırmanın insan mərkəzli olduğu təqdirdə həyatı necə yaxşılaşdıra biləcəyini nümayiş etdirir.

"Birləşmiş Krallıq bu səyləri dəstəkləməkdən qürur duyur: aparıcı Britaniya şirkətləri Azərbaycanda şəhər mühitinin layihələndirilməsi və inkişafında iştirak edir", - o bildirib.