Ermənistanın baş naziri: KTMT-dən çıxmaq növbəti addımımız olacaq

Region
  • 13 iyun, 2024
  • 07:41
Ermənistanın baş naziri: KTMT-dən çıxmaq növbəti addımımız olacaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq Ermənistan hakimiyyətinin növbəti addımı olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Növbəti məntiqi addım KTMT-dən çıxmaq olacaq. Bununla bağlı bir ay, bir il və ya üç ildən sonra qərar verəcəyik”, - o deyib.