Ermənistandakı Aİ missiyasının üzvləri avtomobil qəzasına düşüb
Region
- 11 mart, 2024
- 08:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistandakı Avropa İttifaqı (Aİ) müşahidə missiyasının üzvləri Sünik vilayətində (Zəngəzur) avtomobil qəzasına düşüb.
“Report” “Shamshyan.com”a istinadən xəbər verir ki, hadisə martın 11-də səhər saatlarında Tatev-Lsen avtomobil yolunun 13-cü km-liyində olub.
Bildirilib ki, Avropa İttifaqı missiyasının üzvləri “Nissan Pathfinder” markalı maşını hərəkətin əksi istiqamətində sürüb.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan və ölən yoxdur.
İnformasiyaya əsasən, avtomobili idarə edən Avstriya, sərnişinlər və müşahidəçilər isə Polşa vətəndaşlarıdır.
Son xəbərlər
05:31
ABŞ-də Konqresə aralıq seçkilərin ilkin nəticələri hesablanır
Digər ölkələr
05:14
Rusiyanın cənubunda "Ozon" logistika mərkəzində dron hücumundan sonra yanğın olub
Region
04:47
Ağdaş və Göyçayın bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika
04:28
Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur
Digər ölkələr
03:54
"Qalatasaray" "Ştutqart"la matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq
Futbol
03:18
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
Digər ölkələr
02:44
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika
02:13
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Digər ölkələr
01:55
Çempionlar Liqası: "Qalatasaray", "Barselona" və PSJ qalib gəlib
Futbol