Ermənistanda Qərbi Nil qızdırmasına 58 yoluxma halı qeydə alınıb

Region
  • 21 avqust, 2024
  • 07:57
Ermənistanda Qərbi Nil qızdırmasına 58 yoluxma halı qeydə alınıb

Ermənistanda Qərbi Nil qızdırması virusuna 58 yoluxma halı qeydə alınıb.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzinin direktoru Stepan Atoyan deyib.

Onun sözlərinə görə, hazırda 41 nəfər xəstəxanaya yerləşdirilib: “Onlardan 4-nün vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta-ağırdır. Hazırda vəziyyəti çox ağır olan xəstələr yoxdur”.

44 - Tezliklə