Ermənistanda kişi ağır sosial vəziyyətə görə özünü asıb

Region
  • 01 noyabr, 2016
  • 08:38
Ermənistanda kişi ağır sosial vəziyyətə görə özünü asıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Ermənistanın Vanadzor şəhərində intihar hadisəsi qeydə alınıb.

"Report" "News.am" portalına istinadən xəbər verir ki, Çerkas küçəsində yerləşən binadakı mənzildə 35 yaşlı M.Arutyunyan özünü asıb.

O, intihardan əvvəl məktub yazıb. M.Arutyunyan məktubunda qeyd edib ki, ağır sosial vəziyyət səbəbiylə həyatla vidalaşır. 

Onun iki azyaşlı uşağı var.