Ermənistanda keçmiş nazirin rüşvət alması faktı üzrə 2 nəfər həbs olunub

Region
  • 04 dekabr, 2018
  • 08:03
Ermənistanda keçmiş nazirin rüşvət alması faktı üzrə 2 nəfər həbs olunub

Bakı. 4 dekabr. REPORT.AZ/ Ermənistanın keçmiş təbiəti mahafizə naziri Aram Arutyunyanın böyük məbləğdə rüşvət alması faktı ilə bağlı aparılan istintaq çərçivəsində 2 nəfər həbs olunub.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazıb.

Nəşrin məlumatına əsasən, iş adamı Silva Ambartsumyanın ifadəsinə əsasən, Armen Xaçatryan və Viktor Martirosyan həbs olunub. Biznes-ledi daha əvvəl Arutyunyana rüşvəti bu iki nəfər vasitəsilə verdiyini bildirmişdi.

İstintaqın versiyasına görə, 2008-ci ildə təbiəti mühafizə naziri olarkən A.Arutyunyan S.Ambartsumyandan Ermənistanın üç vilayətində əlvan metal yataqlarının araşdırılması və işlənməsinə lisenziya verilməsi üçün 14 milyon dollar tələb edib və sonda vəsaiti əldə edib.