Ermənistanda 442 seçki qanunsuzluğu faktı üzrə cəmi 6 cinayət işi qaldırılıb

Region
  • 15 dekabr, 2018
  • 01:23
Ermənistanda 442 seçki qanunsuzluğu faktı üzrə cəmi 6 cinayət işi qaldırılıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Ermənistanda dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində 442 qanun pozuntusu qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə "News.am"a Ermənistanın Baş Prokurorluğundan bildirilib.

Prokurorluqdan qeyd ediblər ki, aşkarlanan seçki qanunsuzluqları ilə əlaqədar cəmi 6 cinayət işi qaldırılıb. Daha 147 işlə bağlı materiallar hazırlanır.

Ermənistanın baş prokurorunun qərarı ilə Baş Prokurorluqda yaradılmış işçi qrup dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı qeydə alınan 442 hadisə və pozuntulara yekun vurub.

Qeyd edək ki, Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərində bir sıra qanun pozuntuları qeydə alınıb.

44 filmi