Ermənistan XİN başçısı NATO Baş katibinin müavini ilə Cənubi Qafqazdakı durumu müzakirə edib

Region
  • 23 may, 2023
  • 11:04
Ermənistan XİN başçısı NATO Baş katibinin müavini ilə Cənubi Qafqazdakı durumu müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.

“Report” xəbər verir ki, tərəflər Cənubi Qafqazdakı sabitlik və təhlükəsizlik barədə danışıblar.

A.Mirzoyan Ermənistanla Azərbaycan arasındakı danışıqlardakı son durum barədə həmsöhbətini məlumatlandırıb.

Qeyd edək ki, X.Kolomina Ermənistanda səfərdədir.

44 filmi