Ermənistan təyyarəsinə Dubaya eniş icazəsi verilməyib

Region
  • 11 may, 2023
  • 16:22
Ermənistan təyyarəsinə Dubaya eniş icazəsi verilməyib

Dubayın aviasiya rəhbərliyi Ermənistanın “FlyOne Armenia” şirkətinin təyyarəsinə yerli hava limanında eniş etməyə icazə verməyib.

“Report” “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin direktorlar şurasının rəhbəri Aram Ananyan məlumat verib.

Nəticədə layner İran hava limanlarından birində eniş edib və hazırda o, İrəvana doğru yol alıb.