Ermənistan Rusiya ilə birgə hərbi təlimlər keçirəcək

Region
  • 26 sentyabr, 2018
  • 06:00
Ermənistan Rusiya ilə birgə hərbi təlimlər keçirəcək

Bakı. 26 sentyabr. REPORT.AZ/ Ermənistan oktyabrın 8-dən 12-dək Rusiya ilə birgə hərbi təlimlər keçirəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, təlimlər paytaxt Yerevandan 65 km. aralıda yerləşən Baqramyan poliqonunda olacaq.

Ermənistanın Müdafiə Nazirliyindən bildirilib ki, məqsəd tabor və alayların şəxsi heyətinin döyüş hazırlığını praktiki yoxlamaqdır.