Ermənistan parlamentinə üç sədr müavini seçilib
Region
- 19 may, 2017
- 09:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 may. REPORT.AZ/ Ermənistan parlamenti sədrinin 3 müavini seçilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, mayın 19-da keçirilən iclasda səsvermədə 105 deputatdan 100-ü iştirak edib.
Spikerin yeni müavinlərindən ikisi hakim Respublikaçılar Partiyasının, biri isə müxalifətin təmsilçisidir.
Eduard Şarmazanov və Aspine Ovannisyan hakim Respublikaçılar Partiyasını, Mikael Melkumyan isə müxalif “Tsarukyan” blokunu təmsil edirlər.
Xatırladaq ki, Ermənistanın əvvəlki parlamentində sədrin 2 müavini vardı. İndi isə sədr müavinlərinin sayı 3 çatdırılıb.
Mayın 18-də Ermənistan parlamenti Respublikaçılar Partiyasından olan Ara Babloyan sədr seçib. Parlamentin əvvəlki sədri Qalust Saakyan idi.
Son xəbərlər
15:55
"Facebook"un Azərbaycandakı bazar payı oktyabrda 28 % azalıb
İKT
15:52
Mirziyoyev: 2026-cı ilin əvvəlindən Özbəkistana 1 milyondan çox insan qayıdıb
Digər ölkələr
15:46
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Monteneqrodan ölkəyə ekstradisiya olunacaq
Hadisə
15:46
Azərbaycanın U-16 voleybol yığmaları Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
Komanda
15:46
Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinin layihəsinə rəy verib
Maliyyə
15:44
Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb
Sağlamlıq
15:40
Foto
Şahin Bağırov Ağsuda vətəndaşları qəbul edib
İnfrastruktur
15:34
"Sea Breeze" yeni şirkət yaradıb
Biznes
15:31
Araşdırma: Özbəkistanda "Telegram" əsas xəbər mənbəyidir, televiziya isə etimad baxımından liderdir
Digər ölkələr