Ermənistan ordusu Baş Qərargah rəisinin birinci müavini işdən çıxarılıb

Region
  • 03 may, 2017
  • 08:50
Ermənistan ordusu Baş Qərargah rəisinin birinci müavini işdən çıxarılıb

Bakı. 3 may. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini general-leytenant Enriko Apriamov tutduğu vəzifədən azad edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xitməti məlumat yayıb.

O, hərbi xidmətdən də tərxis edilib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarqsyan Enriko Apriamovla bağlı sərəncamlar imzalayıb. 

44 filmi