Ermənistan Milli Təhlükəsizlik Şurasının müşavirəsi keçirilib

Region
  • 09 fevral, 2017
  • 12:58
Ermənistan Milli Təhlükəsizlik Şurasının müşavirəsi keçirilib

Bakı. 9 fevral. REPORT.AZ/ Ermənistan prezidenti Mili Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, yığıncaqda şuranın 2017-ci il üçün fəaliyyət planı və cari məsələlər müzakirə edilib.

Qeyd edək ki, şuranın sədri ölkə prezidenti Serj Sarqsyandır. 

44 filmi