Ermənistan Konstitusiya Məhkəməsinin sədrinə ittiham irəli sürülüb

Region
  • 27 dekabr, 2019
  • 09:30
Ermənistan Konstitusiya Məhkəməsinin sədrinə ittiham irəli sürülüb

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyana vəzifə səlahiyyətlərindən sui-istifadə (ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidmətinin sözçüsü Marina Ohancanyan bildirib.

Qeyd edək ki, sözügedən maddə 6 ilədək həbs cəzasını nəzərdə tutur.

44 filmi