Ərdoğan sabah Bişkekə səfər edəcək
Region
- 30 avqust, 2026
- 20:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 31 avqust-1 sentyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaq.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Rəcəb Tayyib Ərdoğan Qırğız Respublikasının Prezidenti Sadır Japarovun dəvətini qəbul edərək, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün 31 avqust - 1 sentyabr 2026-cı il tarixlərində Bişkekə səfər edəcək", - o yazıb.
Səfər çərçivəsində Ərdoğanın çıxışı və liderlərlə ikitərəfli görüşləri nəzərdə tutulub.
Xatırladaq ki, Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə də görüşəcək.
Son xəbərlər
22:23
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Energetika
22:06
"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov: "Komanda olaraq elə qollar buraxmaq olmaz"
Futbol
21:55
ABŞ Konqresinə Rusiya ilə dizel yanacağı müqaviləsini bloklayan sənəd təqdim edilib
Digər ölkələr
21:37
Foto
Azərbaycanın 2 boksçusu dünya çempionatına qələbə ilə start verib
Fərdi
21:17
Foto
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Energetika
21:09
Meksika sahillərində "Trudi" qasırğası saatda 195 kilometrə çatıb
Digər ölkələr
20:55
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Futbol
20:37
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Digər ölkələr
20:20
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Digər ölkələr