Əfqanıstandan 6 Gürcüstan vətəndaşı təxliyə edilib
Region
- 18 avqust, 2021
- 05:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan vətəndaşı olan 6 şəxs Əfqanıstandan evakuasiya olunub.
“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN başçısının müavini Aleksandr Xvtisiaşvili məlumat verib.
Bildirilib ki, Gürcüstanın Macarıstan tərəfi ilə razılığına əsasən, Əfqanıstandakı ABŞ şirkətlərindən birində müqavilə ilə işləyən 6 Gürcüstan vətəndaşı Macarıstana məxsus təyyarə ilə Tbilisi şəhərinə gətirilib.
“Hazırda Əfqanıstanda 16 Gürcüstan vətəndaşı qalıb, onların ölkəyə qayıtması üçün fəal şəkildə çalışırıq”, - nazir müavini əlavə edib.
O qeyd edib ki, Gürcüstan Əfqanıstandan qaçqın qəbul etməyə hazırlaşmır və bu məsələ müzakirə edilmir.
Son xəbərlər
05:58
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
Xarici siyasət
05:35
Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib
Digər ölkələr
05:05
Tramp: ABŞ İranın infrastrukturunu məhv etmək niyyətində deyil
Digər ölkələr
04:39
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
Region
04:08
Böyük Britaniyada təxminən 20 000 əcnəbi cinayətkarı deportasiya gözləyir
Digər ölkələr
03:49
Serbiya parlamentinin sədri "Tələbə Siyahısı" hərəkatı nümayəndələrini dialoqa çağırıb
Digər ölkələr
03:27
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
Digər ölkələr
03:20
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Digər ölkələr
02:57
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
Digər ölkələr