“Deutsche Welle”nin Moskva bürosu fəaliyyətini dayandırıb

Region
  • 04 fevral, 2022
  • 12:26
“Deutsche Welle”nin Moskva bürosu fəaliyyətini dayandırıb

Almaniyanın federal teleradio şirkəti olan “Deutsche Welle”nin (“Alman dalğası”) Moskva bürosu fəaliyyətini dayandırıb.

“Report” xəbər verir ki, bu barədə telekanal açıqlama yayıb.

Qeyd edək ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyi Almaniyada “Russia Today” beynəlxalq televiziya şəbəkəsinin Almaniya bürosunun (RT DE) yayımına qoyulan qadağaya “cavabın birinci mərhələsi”ni açıqlayıb. Rəsmi Moskva Almaniyanın “Deutsche Welle” teleradio şirkətinin Rusiyada peyk və digər yayımını dayandıracağını, Rusiyanın DW bürosunun əməkdaşlarının akkreditasiyasını ləğv edəcəyini və DW-nin Rusiyadakı müxbir ofisini bağlayacağını elan edib. Həmçinin Rusiyanın səlahiyyətli orqanları DW mediasının “xarici agent” elan edilməsi məsələsinə baxacaqlar.

Bundan əlavə, Rusiyada RT DE-nin işinin məhdudlaşdırılmasında iştirak edən Almaniyanın dövlət və ictimai strukturlarının nümayəndələrinin siyahısı formalaşdırılacaq. Bu siyahı dərc olunmayacaq. Onların Rusiyaya girişi qadağan olunacaq.

44 filmi