Gürcüstanda bu gün matəm günüdür
Region
- 06 avqust, 2023
- 22:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Gürcüstanın Şovi kurortunda baş verən faciə ilə əlaqədar ölkədə matəm günüdür.
"Report" xəbər verir ki, fəxri qarovul dəstəsi Hökumət Evinin və prezident sarayının binasındakı dövlət bayraqlarını endirib. Bütün dövlət idarələrində də bayraqlar yarıya qədər endirilir. Bu gün telekanallarda əyləncəli və musiqili verilişlərin yayımı qadağandır.
Avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. 18 nəfər həlak olub, daha 16 nəfər itkin düşüb. Körpülərə, yollara, turist kotteclərinə və “Sunset Shovi” hotelinə ziyan dəyib. Mütəxəssislərin ilkin məlumatlarına görə, dağlardan 5 milyon kubmetrdən çox torpaq kütləsi enib. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.
Son xəbərlər
02:52
Video
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol
02:05
Video
ABŞ hərbçiləri Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
Digər ölkələr
01:59
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
01:42
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
Digər ölkələr
01:17
Krakovda atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
01:01
Polşada iki günlük matəm elan edilib
Digər ölkələr
00:55
Video
Şahbuzun dağ kəndlərinə qar yağır
Ekologiya