Bolqarıstan baş prokurorunun kortejinin keçdiyi yolda partlayış olub
Region
- 01 may, 2023
- 13:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bolqarıstanın baş prokuroru İvan Qeşevin kortejinin keçdiyi yolda partlayış olub.
“Report” Bolqarıstanın Milli Televiziyasına istinadən xəbər verir ki, hadisə yerində polis əməliyyat tədbiri həyata keçirib.
Bolqarıstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ölkə paytaxtı Sofiya ilə Samokov şəhəri arasındakı magistral yolda baş verib. İlkin məlumatlara görə, partlayıcı qurğu kortejdəki avtomobillərdən birinin qarşısında işə düşüb. Xəsarət alan olmayıb.
Hadisənin araşdırılması üçün bütün təhlükəsizlik xidmətlərinin iştirakı ilə qərargah yaradılıb.
Mayın 2-də Bolqarıstanın Baş naziri Qılıb Donevin Daxili İşlər Nazirliyi və Baş Prokurorluq orqanlarının rəhbərləri ilə görüş keçirəcəyi gözlənilir.
Son xəbərlər
12:45
Rafinya UEFA Çempionlar Liqasında Neymar və Rivaldonu geridə qoyub
Futbol
12:43
Foto
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
Komanda
12:40
Zelenski Melaniya Trampı I dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edib
Digər ölkələr
12:39
Azərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb
Futbol
12:37
Elvin Camalov: "2027-ci ilin büdcə zərfi xarici amillər nəzərə alınaraq hazırlanıb"
Maliyyə
12:34
Bakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib
İnfrastruktur
12:31
Rumıniya sahillərində yedək gəmi batıb, üç dənizçi təxliyə edilib
Digər ölkələr
12:31
İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
Daxili siyasət
12:29
"Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Çempionlar Liqasının qrupuna bir addım qalıb"
Komanda