Avropanın üç dövləti ABŞ-a məktub ünvanlayıb

Region
  • 06 iyun, 2018
  • 12:11
Avropanın üç dövləti ABŞ-a məktub ünvanlayıb

Bakı. 6 iyun. REPORT.AZ/ Avropanın üç dövləti - Almaniya, Britaniya və Fransa ABŞ-a məktub ünvanlayıb. 

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, məktubda İranda fəaliyyət göstərən Avropa İttifaqı ölkələrinə məxsus şirkətlərə ABŞ-ın bu ölkəyə tətbiq edəcəyi sanksiyalardan qorunmaq üçün güzəşt istənilib. 

Güzəştin xüsusilə farmakologiya, səhiyyə, energetika, avtomobil, mülki aviasiya, infrastruktur və maliyyə sektorlarına şamil edilməsi tələb olunub.

Qeyd edək ki, ABŞ 2015-ci il iyulun 15-də İranın nüvə proqarmı ilə bağlı imzalanan Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdığını elan edib. Avropa İttifaqına daxil olan ölkələr və Britaniya isə plan qəbul edildikdən sonra İranla ticarət əlaqələrini genişləndirməyə başlayıb.