Avropa Parlamenti Gürcüstan və Ukrayna üçün viza rejiminin ləğvini təsdiqləyib

Region
  • 15 dekabr, 2016
  • 12:57
Avropa Parlamenti Gürcüstan və Ukrayna üçün viza rejiminin ləğvini təsdiqləyib

Bakı. 15 dekabr. REPORT.AZ/ Avropa Parlamenti Gürcüstan və Ukrayna üçün viza rejiminin ləğvini təsdiq edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, səsvermə Avropa Parlamenti Assambleyasının bu gün Strasburqda keçirilən sessiyasında baş tutub.

Avropa Parlamenti Ukrayna və Gürcüstan vətəndaşlarına Avropa İttifaqına (Aİ) üzvü olan ölkələrlə vizasız rejimin tətəbiqinə dair qanunvericilik prosesinin başa çatmasını təsdiqləyib.

Məlum olub ki, Avropa Parlamenti həmçinin Aİ-nin Ukrayna və Gürcüstana daxil olmaqla, üçüncü ölkələr üçün vizasız rejimin dayandırılması mexanizmini də təsdiq edəcək.

44 filmi