Andrey Sibiqa: İstanbulda planlaşdırılan görüşdən əvvəl Rusiyadan sülh üzrə memorandumu almaq istəyirik
- 30 may, 2025
- 13:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna, 2 iyunda İstanbulda planlaşdırılan yeni danışıqlar raundunda maraqlıdır və onların başlanmasından əvvəl Rusiya Federasiyasından vəd edilən sülh üzrə memorandumu almaq istəyir.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa mayın 30-da Kiyevdə Türkiyədən olan həmkarı Hakan Fidan ilə birgə mətbuat konfransında bildirib.
"Növbəti planlaşdırılan görüşün məzmunlu və konkret olması üçün, göndəriləcək nümayəndə heyətinin müvafiq mövqeləri müzakirə etmək səlahiyyətinə malik olması üçün əvvəlcədən sənəd almaq vacibdir. Ukrayna bu il müharibəni bitirməkdə və atəşkəsə nail olmaqda maraqlıdır. Bu 30, 50 və ya 100 gün olsa belə, bunu Rusiya Federasiyası ilə açıq şəkildə müzakirə etməyə hazırıq", - deyə, o, əlavə edib.