Aİ nümayəndəsi Gürcüstana gedəcək, rəsmi Tbilisinin quruma üzvlük məsələsi müzakirə olunacaq
Region
- 04 sentyabr, 2023
- 12:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bir neçə gündən sonra Gürcüstana gedəcək.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məlumat verib.
Onun sözlərinə görə, görüş zamanı xüsusilə Gürcüstanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq: “Biz ona Avropa Komissiyasının 12 tövsiyəsini yerinə yetirmə prosesindəki mövcud durum barədə məlumat verəcəyik. İnanıram ki, avropalı həmkarlarımızın ölkəyə layiq olduğu statusu vermək üçün kifayət qədər arqumentləri olacaq”.
İ.Qaribaşvili səfərin dəqiq tarixini açıqlamayıb.
Son xəbərlər
07:08
Mask "Starlink"in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb
Digər ölkələr
06:34
Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq
Digər ölkələr
05:58
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
Digər ölkələr
05:13
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Xarici siyasət
04:49
"Tasnim": İran Ordusu Qeşm adası üzərində Amerikanın PUA-sını vurub
Region
04:35
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Digər ölkələr
04:11
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Digər ölkələr
03:47
Pedro Alyana Paraqvayın Prezidenti olub
Digər ölkələr
03:25
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Digər ölkələr