YAP rəsmisi: "Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Ermənistana növbəti ciddi xəbərdarlıqdır"
- 08 fevral, 2017
- 06:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 fevral. REPORT.AZ/ "Ermənistan tərəfindən işğal edilən ərazilərimizə qanunsuz səfər edən Aleksandr Lapşinin ölkəmizə ekstradisiya edilməsi Aərbaycanın bir dövlət kimi yüksək nüfuzunun göstəricisidir".
"Report"un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
Komitə sədrinin müavini vurğulayıb ki, Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi 2016-cı ilin aprel hadisələri kimi tarixə yazılacaq bir məsələdir.
A.Mirzəzadə bildirib ki, bu, eyni zamanda Ermənistana növbəti ciddi xəbərdarlıqdır: "Nə zamansa, Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törətmiş erməni cinayətkarları da əlləri qandallı məhkəməmiz qarşısında duracaqlar".