Xarici diplomatlar və hərbi attaşelər Ağdamda Muğam mərkəzində olublar
Qarabağ
- 21 iyun, 2025
- 15:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar və hərbi attaşelərdən ibarət nümayəndə heyəti Ağdamda Muğam mərkəzini ziyarət ediblər.
“Report”un Ağdama ezam olunmuş müxbirinin verdiyi məlumata görə, qonaqlar Azərbaycanın mədəni irsi olan muğamla tanış olmaq imkanı əldə ediblər.
Nümayəndə heyətinə həmçinin müxtəlif konsertlərin keçiriləcəyi mərkəz haqqında məlumat verilib.
Qonaqlar mərkəzin konsert zalı və açıq amfiteatrında olublar.
Ağdam Muğam mərkəzinin təməli 2023-cü ilin may ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Mərkəzin açılış mərasimi bu ilin may ayında baş tutub.
FOTO: Vüqar Xanlarov
Son xəbərlər
03:22
WP: Putin Trampın seçkilərlə bağlı narahatlığından onu öz tərəfinə çəkmək üçün istifadə edib
Digər ölkələr
02:52
"SpaceX" rüblük gəlirini illik ifadədə 161 % artırıb
Biznes
02:23
"Shafaq News": İraq İranla sərhədin böyük hissəsini bağlayıb
Digər ölkələr
01:42
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
Digər ölkələr
01:22
WSJ: İlon Mask Ukraynada "Starlink"in işini məhdudlaşdırmağı əmr edib
Digər ölkələr
01:03
UEFA Çempionlar Liqası: PSJ "Barselona"nı məğlub edib
Futbol
00:49
Əraqçi: Danışıqlarda ABŞ tərəfinə qətiyyən etibar etmək olmaz
Region
00:24
Zelenski Oslodakı danışıqların detallarını açıqlayıb
Digər ölkələr
00:00
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət