Müdafiə Nazirliyi: Ermənistan-Azərbaycan sərhədində 6 xarici ölkə vətəndaşının saxlanılması barədə heç bir məlumatımız yoxdur

Qarabağ
  • 08 may, 2018
  • 08:53
Müdafiə Nazirliyi: Ermənistan-Azərbaycan sərhədində 6 xarici ölkə vətəndaşının saxlanılması barədə heç bir məlumatımız yoxdur
Müdafiə Nazirliyi

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədində 6 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumata münasibət bildirib. 

"Report"un sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, Ermənistan mətbuatının Ermənistan-Azərbaycan sərhədində 6 xarici ölkə vətəndaşının saxlanılması barədə yaydığı məlumatla bağlı Müdafiə Nazirliyində heç bir məlumat yoxdur.