Sergey Lavrov: "Rusiya Qarabağ münaqişəsinin həlli üçün ən fəal vasitəçi rolunu oynamaqda davam etməyə hazırdır"

Qarabağ
  • 11 noyabr, 2019
  • 10:52
Sergey Lavrov: Rusiya Qarabağ münaqişəsinin həlli üçün ən fəal vasitəçi rolunu oynamaqda davam etməyə hazırdır

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müxtəlif formatlarda fəal vasitəçi rolunu oynamağa davam etməyə hazırdır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 11-də Yerevanda Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ilə görüşdən sonra deyib. 

"Rusiya həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də Rusiya Federasiyası - Ermənistan - Azərbaycan formatında ən fəal vasitəçi kimi fəaliyyəti bundan sonra da davam etməyə hazırdır", - XİN başçısı bildirib.