İqnasio Kassis: "İsveçrə ATƏT-in Qarabağ münaqişəsinin həlli üzrə səylərini dəstəkləyir"

Qarabağ
  • 07 dekabr, 2017
  • 11:07
İqnasio Kassis: İsveçrə ATƏT-in Qarabağ münaqişəsinin həlli üzrə səylərini dəstəkləyir
SwissInfo

Bakı. 7 dekabr. REPORT.AZ/ "İsveçrə ATƏT-in Gürcüstanda və Dağlıq Qarabağdakı münaqişələrin sülh yolu ilə həll edilməsi üzrə səylərini dəstəkləyir".

"Report" xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İqnasio Kassis ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən illik iclasında çıxış edərkən deyib.

"Böhran vəziyyətlərini qeydə almaq yox, qabaqlayıcı diplomatik tədbirlər görmək lazımdır", - İ.Kassis bildirib.

Qeyd edək ki, ATƏT-in iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da daxil olmaqla 40-dan çox XİN başçısı iştirak edir.