“France 24” telekanalı Gəncənin atəşə tutulmasına dair süjet hazırlayıb
Qarabağ
- 13 oktyabr, 2020
- 19:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın məşhur “France 24” telekanalı Gəncənin Ermənistan silahlı birləşmələri tərəfindən raket atəşinə tutulması, dinc insanların həlak olmasına dair süjet hazırlayıb.
“Report” xəbər verir ki, süjetdə cəbhədən, döyüş zonasından uzaq olan Gəncənin atəşə tutulması nəticəsində dinc insanların həlak olmasından, düşmən hücumunun törətdiyi dağıntılardan bəhs edilir. Bununla yanaşı, süjetdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirləri yer alıb.
Qeyd edək ki, “France 24”-ün əsası 2005-ci ildə əsası qoyulub. Telekanalın verilişləri fransız, ingilis, ərəb, ispan dillərində yayımlanır.
“France 24” telekanalı Gəncənin atəşə tutulmasına dair süjet hazırlayıb
Son xəbərlər
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol
21:42
Araxamiya: Oleşkidəki atəşkəs 2022-ci ildən bəri gərginliyin azaldılmasına doğru ən böyük addım olub
Digər ölkələr
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region
20:55
Foto
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
Media
20:54
Melaniya Tramp Oleşkidəki atəşkəsin davamlı sülhə doğru addım olacağına ümid edir
Digər ölkələr