ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq
Qarabağ
- 07 dekabr, 2017
- 03:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün ATƏT-ə üzv olan 40-dan çox ölkənin xarici işlər naziri Vyanada qurumun XİN Şurasının illik iclasında bir araya gələcək.
“Report” xəbər verir ki, görüşdə hərbi münaqişələrin nizamlanması, terrorçuluqla mübarizə, silahlanmaya nəzarət müzakirə olunacaq, həmçinin Avstriyanın 2017-ci ildə təşkilatda sədrliyinə yekun vurulacaq və sədrlik 1 yanvar 2018-ci il tarixindən İtaliyaya keçəcək.
İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək.
Dekabr 7-8-də ATƏT-in baş qərargahında keçiriləcək görüşdə Dağlıq Qarabağ və Dnestryanı, həmçinin Ukrayna münaqişələrinin nizamlanması məsələləri də diqqət mərkəzində olacaq.
Son xəbərlər
12:54
"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib
Daxili siyasət
12:52
Makron iğtişaşların yaşandığı Marselə səfər edəcək
Digər ölkələr
12:50
Foto
Ceyhun Bayramov niderlandlı həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
Xarici siyasət
12:49
U-15 millisinin baş məşqçisi Famil Xəlilov: "Əsas hədəf qrupu ikinci pillədə başa vurmaqdır"
Futbol
12:47
Foto
Pərviz Şahbazov: "Artan enerji tələbatı fonunda qaz sektoruna investisiyalar vacibdir"
Energetika
12:45
Nihal Saad: Bir çox ölkələr süni intellektlə bağlı çağırışlara hələ hazır deyil
Xarici siyasət
12:43
Foto
Adil Kərimli və Migel Anxel Moratinos mədəniyyət diplomatiyasında əməkdaşlığı müzakirə ediblər
Mədəniyyət siyasəti
12:42
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşaya səfər edəcəklər
Mədəniyyət siyasəti
12:38
Azərbaycan stolüstü tennisçisi Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub
Fərdi